Azərbaycan komandası bu gün Ermənistanla qarşılaşacaq

Azərbaycan komandası bu gün Ermənistanla qarşılaşacaq
Türkiyənin Kocaeli vilayətində yaşı 16-dək olan yeniyetmə şahmatçıların olimpiadası davam edir. Siasport.az saytı xəbər verir ki, 5-ci turda Azərbaycan yığması İran komandası ilə görüşüb.

Oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb. Misrəddin İsgəndərov öz lövhəsində artıq neçənci dəfə qaralarla qələbə qazana bilib. Nicat Abbasov isə əksinə, yenə də ağlarla oynayaraq uduzub. Kənan İzzətin və Ülvi Bacaraninin oynadığı oyunlar isə heç-heçə başa çatıb.

5-ci turun nəticələrinə görə, Azərbaycan 4-cü yerdədir. Komandamızı gürcülər qabaqlayırlar, onların 13,5 xalı var. Ermənistan da irəlidədir (16 xal), Rusiya isə 14,5 xala sahibdir. Azərbaycan yığmasının aktivində 13 xal var. İran, Çexiya və Malayziya 1 xal geridədirlər.

Bugünkü 7-ci turda Azərbaycan yığmasını Ermənistanla prinsipial mübarizə gözləyir. Rusiya Gürcüstanla, İran isə Çexiya ilə yarışacaq.

Ümumilikdə, olimpiadada 26 komanda iştirak edir və onlar İsveçrə sistemi üzrə 10 turda yarışacaqlar. Sonuncu tur oktyabrın 31-də keçiriləcək.//gün.az

Bütün xəbərlər Facebook səhifəmizdə