"Qarabağ" FK-nın prezidenti Van əhalisinə yardım edəcək

"Qarabağ" FK-nın prezidenti Van əhalisinə yardım edəcək
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Türkiyənin Van bölgəsində baş verən dəhşətli zəlzələ nəticəsində yüzlərlə insan həlak olub, minlərlə yaralı var. Şəhərdəki fövqaladə vəziyyət davam edir. Minlərlə insan çadırlarda qalır. Təbbi ki, belə vəziyyətdə insanların yardıma ehiyyacı olduğu şübhəsizdir. Elə bu səbəbdən də xeyriyyə marafonuna start verilib. Dünəndən kütləviləşən bu aksiyaya televiziya vasitəsi ilə dəstək verənlər olub. Siasport.az saytı xəbər verir ki, yardım edənlərin arasında "Qarabağ" FK-nın prezidenti Abdolbari Gözə ldə olub. Türkiyənin "Samanyolu TV"də yayımlanan "Kardeşlik Zamanı" verlişinə telefon vasitəsi ilə canlı bağlanan iş adamı 500 min dollar yardım edəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə