Asim İbrahimov Azərbaycan kubokunun püşkatmasından narazılıq edib

Asim İbrahimov Azərbaycan kubokunun püşkatmasından narazılıq edib

I divizionda və Azərbaycan kubokunda çıxış edən "Qaradağ Lökbatan" komandasının baş məşqçisi Asim İbrahimov Azərbaycan kubokunun püşkatmasından narazılığını bildirib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi bu barədə mundial.az-a açıqlama verib: "Azərbaycan kubokunun püşkatmasından narazıyam. I divizion komandalarına gərək, şans veriləydi. İndi bizim komandamız Lənkəranda "Xəzər Lənkəran"la qarşılaşacaq. Fikrimcə, bu düzgün deyil. Bizim şanslarımız püşkatmada bərabərləşdirilib. Heç olmasa, Lənkəranda qarşılaşmazdıq da. Bu, təşkilatçıların səhvidir"

Qeyd edək ki, Azərbaycan kubokunun püşkatmasının təşkilatçılını PFL edib.

Bütün xəbərlər Facebook səhifəmizdə