Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. Siasport.az saytı xəbər verir ki, futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin D qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq. İtaliyanın Padova şəhərində təşkil olunacaq bu qrupun oyunları noyabrın 17-dən 20-dək olan müddəti əhatə edəcək. Qrupda "Marka" (İtaliya), "Montesilvano" (İtaliya), "Slov-Matik" (Slovakiya) və "Uraqan" (Ukrayna) klubları mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB