İtaliya A Seriyasında IX turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə \"Fiorentina\" \"Yuventus\"un qonağı olub. Turin klubu ev oyununda çətin qələbə qazanıb.
İkinci oyun günündə turun 8 oyunu keçirilib. \"Napoli\" səfərdə \"Udineze\"yə 2:0 hesabı ilə qalib gəlib. \"Milan\" \"Parma\"nı 4:1 hesabı ilə yenib.
\"Roma\" səfərdə \"Cenoa\"ya 1:2, \"Boloniya\" \"Kyevo\"ya 0:1 hesabı ilə uduzub. Turun 4 oyununda eyni hesab qeydə alınıb. Belə ki, \"Atalanta\" - \"İnter\", \"Latsio\" - \"Kataniya\", \"Novara\" - \"Siena\" və \"Cesena\" - \"Kalyari\" oyunları 1:1 hesabı ilə yekunlaşıb.
Tura bu gün keçiriləcək \"Palermo - \"Leççe\" oyunu ilə yekun vurulacaq.
İtaliya
A Seriyası
IX tur
25 oktyabr
Yuventus - Fiorentina 2:1
Qollar: Bonuççi, 13. Matri, 65 - Yovetiç, 58.
26 oktyabr
Novara - Siena 1:1
Qollar: Qemti, 80 - Kalayo, 17.
Napoli - Udineze 2:0
Qollar: Lavezzi, 20. Moqqio, 44.
Latsio - Kataniya 1:1
Qollar: Kloze, 18 - Berqessio, 63.
Cesena - Kalyari 1:1
Qollar: Kandreva, 45-pen - Nene, 20-pen.
Milan - Parma 4:1
Qollar: Nockerino, 30; 32; 90+1. İbrahimoviç, 73 - Qiovinko, 78.
Atalanta - İnter 1:1
Qollar: Denis, 44 - Snayder, 32.
Kyevo - Boloniya 0:1
Qol: Akquafreska, 53.
Cenoa - Roma 2:1
Qollar: Yankoviç, 38. Kuçka, 89 - Borini, 82.
27 oktyabr
23.45 Palermo - Leççe
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB