Elxan Məmmədov və Kifayət Qasımova 2012-ci ildə keçiriləcək Olimpiadanın baş tutacağı məkanda yarışacaqlar

Elxan Məmmədov və Kifayət Qasımova 2012-ci ildə keçiriləcək Olimpiadanın baş tutacağı məkanda yarışacaqlar

Dekabrın 3-4-də Londonda cüdo üzrə Olimpiya test turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, təşkilatçılar Azərbaycan milli komandasının üzvlərindən 2 idmançını bu mötəbər yarışa dəvət ediblər.

Ağayar Axundzadənin yetirmələrindən Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) 2012-ci ildə keçiriləcək Olimpiadanın baş tutacağı məkanda nəyə qadir olduqlarını göstərəcəklər.

Qeyd edək ki, turnir mini-formatda - 7 deyil, 4 çəki (2 kişi, 2 qadın) dərəcəsində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə