21 oyun və ya 303 gündən sonra-STATİSTİKA

21 oyun və ya 303 gündən sonra-STATİSTİKA
Azərbaycan Premyer Liqasının X turunda "Xəzər Lənkəran"ın uğurlu seriyalarının biri qırıldı. Siasport.az saytı xəbər verir ki, Azərbaycan çempionatlarında 21 matç idi ki, komanda 1 oyunda 2 və ya daha çox qol buraxmırdı. Buna sonuncu dəfə ötən il dekabrın 22-də təsadüf olunmuşdu. Lənkərana qonaq qismində gələn "Qarabağ" "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə məğlub edəndən sonra heç kim Mirça Rednikin yetirmələrinə 1-dən artıq qol vurmurdu. "Bakı" ilə matçda isə bu seriyaya son qoyuldu. 303 gün ərzində baş tutan 21 çempionat matçında 8 dəfə qapısını toxunulmaz saxlayan "Xəzər Lənkəran" digər 13 görüşün hərəsində 1 top buraxmışdı.

Qeyd edək ki, Rednikin rəhbərliyi altında keçirilən 42 çempionat oyununda cəmi 3-cü dəfədir 1-dən artıq qol buraxılır. "Bakı" və "Qarabağ"dan başqa "Gəncə" ilə səfər oyununda belə hal qeydə alınmışdı – 1:4.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня