"Qoca sinyora", "Fiorentina"nın da "dərsini verdi"

"Qoca sinyora", "Fiorentina"nın da "dərsini verdi"
İtaliya A Seriyasında dünən bir sıra maraqlı qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, "Yuventus", öz meydanında əzəli rəqiblərindən sayılan "Fiorentina"nı qəbul edib. Olduqca sürətli və dramatik futbol şəraitində keçən qarşılaşmada, gülən tərəf "qoca sinyora" olub. Belə ki, "Yuve Arena"da keçirilən qarşılaşmanın 13-cü dəqiqəsində "Yuventus"un forvardı Bonuççinin qolu, meydan sahiblərinə qələbə gətirib. İkinci hissədə isə "Fiorentina" Jovetiçin qolu ilə qarşılaşmanın 58-ci dəqiqəsində hesabda bərabərliyi təmin edib. Amma ruhdan düşməyən "qoca sinyora", 65-ci dəqiqədə Matrinin qolu ilə qələbəsini təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə