"Barselona"nı növbəti rüsvayçılıqdan Xavi qurtardı!

"Barselona"nı növbəti rüsvayçılıqdan Xavi qurtardı!
Dünən İspaniya La Liqasının 9-cu turunda səfərdə "Granada"nın qonağı olan "Barselona", rəqib meydanında güclə də olsa Xavinin tək qolu hesabına aktivinə 3 xal yazdıra bilib. Siasport.az saytı xəbər verir ki, ötən tur "Nou Kamp"da "Sevilya" ilə qolsuz heç-heçəyə qalaraq iki qızıl xal itirən katalon klubu, bu dəfə La Liqanın son sıralarında qərarlaşan rəqibini məğlub etmək üçün xeyli əmək sərf etməli olub. Eyni zamanda nəzərə alsaq ki, meydan sahibləri qarşılaşmanı 2 nəfər futbolçusunu itirməklə başa vurub, o zaman "Barselona"nın nə qədər çətin bir qələbə qazandığını aydınca görə bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə