Gattuzo, kor olmaq təhlükəsi ilə üz-üzə qalıb!

Gattuzo, kor olmaq təhlükəsi ilə üz-üzə qalıb!
İtaliya futbolunun və "Milan"ın ulduz futbolçularından olan Gattuzo kor olmaq təhlükəsi ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, öz çılğınlığı və əsəbi olması ilə futbol aləmində yaxşı tanınan Gattuzo, təlim-məşq zamanı, komanda yoldaşı Nesta ilə toqquşduğu üçün sol gözündən ciddi zədə alıb. Futbolçunun özü isə, klubun rəsmi internet səhifəsinə verdiyi açıqlamada deyib ki, 4 aydan sonra gözündə aparılacaq əməliyyatdan sonra problemin aradan qalxacağını dilə gətirib. O bildirib ki, həkimlər onun göz əsəb sistemində ciddi zədə aşkarlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə