"Xəzər Lənkəran" Kamran Ağayevi cəzalandırdı

"Xəzər Lənkəran" Kamran Ağayevi cəzalandırdı
"Xəzər Lənkəran" Kamran Ağayevi cəzalandırıb. Siasport.az saytı xəbər verir ki, Kamran "Bakı" ilə oyunda buraxdığı kobud səhvə görə cəza alıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, o, kapitanlıqdan məhrum edilib. Artın yeni kapitan da seçilib. Bundan sonra sarğını Rahid Əmirquliyev daşıyacaq. Kamranın cəzasının müddəti məlum deyil.
Mətbuat xidmətindən keçmiş kapitanın cərimələnmədiyini bildirib: "Bilirsiz pul məsələləri klubun daxili işidi. Bu barədə mətbuata açıqlama verilmir. Amma bildiyim qədəri ilə Kamrana başqa cəza verilməyib".
Qeyd edək ki, Premyer Liqanın X turunun "Bakı" ilə səfər oyununda Kamran Ağayev uşaq səhvinə yol vermişdi. Topu tutmayıb, Uinston Parksı aldatmaq istəyən qolkiper komandasının qapısına qol vurulmasına səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə