Vüqar Həşimov və Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın tanınmış şahmatçılarından Vüqar Həşimovla Teymur Rəcəbov Hollandiyanın Veyk-an-Zee şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Siasport.az saytı xəbər verir ki, 2012-ci il yanvarın 13-29-u aralığında baş tutacaq. Ənənəvi yarışın əsas mərhələsində 14 şahmatçı mübarizə aparacaq ki, onların da əksəriyyəti dünya şahmatının ulduzlarıdır: Maqnus Karlsen (Norveç), Sergey Karyakin (Rusiya), Vasili İvançuk (Ukrayna), Veselin Topalov (Bolqarıstan), Qata Kamski, Hikaru Nakamura (hər ikisi ABŞ), Boris Qelfand (İsrail), Aniş Qiri, Lük Van Veli (hər ikisi Hollandiya), Fabiano Karuanu (İtaliya), David Navara (Çexiya), Levon Aronyan (Ermənistan).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB