\"Neftçi\" \"Qarabağ\"ı avtoqol sayəsində məğlub etdi

\"Neftçi\" \"Qarabağ\"ı avtoqol sayəsində məğlub etdi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turdan təxirə salınan bir oyun keçirilib. Siasport.az saytı xəbər verir ki, son ölkə çempionu "Neftçi" "Qarabağ" klubu ilə üz-üzə gəlib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən oyunda qapılara 5 qol vurulub. Oyunun 3-cü dəqiqəsində Əfran İsmayılov \"Neftçi\"ni cəzalandırıb. Bu qoldan 20 dəqiqə sonra Ə.İsmayılov matçda dublunu rəsmiləşdirib. Qarşılaşmanın 26-ci dəqiqəsində isə Rəşad Abdullayev uzaqdan gözəl qol vuraraq hesab arasındakı fərqi azaldıb. 68-ci dəqiqədə \"Neftçi\" avtoqola sevinib. Admir Teli topu yanlışlıqla öz qapısına göndərib. O, Flavinyonun qapı qarşısına ötürməsini uzaqlaşdırmaq istəyərkən, topu tora qovuşdurub. Matçda son nöqtəni 73-cü dəqiqədə Flaviniyo qoyub. Futbolçu gözəl paslaşmadan sonra qələbə qolunu vurub və qarşılaşma 3:2 hesabı ilə Flaqmanın xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə