Nihat Kahveçi Quaresmanı pisləyib Qutini tərfilədi!

Nihat Kahveçi Quaresmanı pisləyib Qutini tərfilədi!
İstanbulun Beşiktaş" futbol klubunun keçmiş forvardı Nihat Kahveçi, sən demə "qara qartal"ın hazırkı portuqaliyalı kapitanı olan Quarsemanı bəyənmirmiş. Siasport.az saytı xəbər verir ki, hazırda İspaniyada olan və heç bir futbol klubunda yer almayan türkiyəli futbolçu, Quarsemadansa, ispaniyalı futbol ulduzu Qutinin "Beşiktaş" və türk futbolu üçün faydalı olduğunu düşünür. Onun fikrincə Qutinin "Beşiktaş"a transferi, dünyada türk futboluna olan marağı çoxaldıb:
"Quarejma "Beşiktaş"a nə verib? Doğrudur, bu futbolçunun istedadına sözüm yoxdur. Ancaq bir "Beşiktaş" azarkeşi olaraq baxdıqda, Quarejmanın komandaya faydalı olduğunu söyləyə bilmərəm. Quti isə dünyanın ən yaxşı futbolçularından biridir. Hələ İspaniyada məndən onu soruşurlar. Məncə, Qutinin transferi Türkiyə Superliqasına marağın artmasına səbəb oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə