\"Neftçi\" fanatları kluba bəyanat xarakterli məktub ünvanlayıblar. Siasport.az saytı məktubu olduğu kimi nəzərinizə çatdırır:
\"Mövsümün əvvəlindən azarkeşi olduğumuz \"Neftçi\" klubunun ünvanına xoş olmayan böhtanlar eşidirik. İstər stadionda, istərsə də bəzi mətbu orqanlarda flaqmanımızın uğurlarına kölgə salınır. Futbol azarkeşi olaraq saxta qələbələrə sevinmək bizə yaraşmaz. \"Neftçi\" bu mövsüm artıq 3 dəfə məğlub olub. Bu məğlubiyyətlərdə də əsas səbəbkarlardan biri məhz elə hakimlərdir. Biz azarkeş olaraq məğlubiyyəti həzm edə bilərik, amma komandamıza ləkə yaxılmasını əsla. \"Qarabağ\"la oyunumuzun başlanmasına hələ bir neçə saat var, amma artıq indidən baş hakim Rövşən Əhmədovun \"Neftçi\"nin xeyrinə fit səsləndirəcəyi ilə bağlı şayiələr gəzir. Konkret olaraq, \"Qarabağ\"ın \"İmarət\" fan-klubu baş hakimin dəyişdirilməsini tələb edir. Tələbə cavabımız budur: \"Hakim, kim istəyirlər o olsun, hətta özlərinin belə oyunun idarə etməsinə razıyıq\".
\"Qarabağ\"la matçda güvəndiyimiz, əllərimizdəki bayraq, dilimizdəki şüarlar və \"Neftçi\" ilə döyünən ürəyimizdir. Ağlı-qaralı sevgimizə qara yaxılmasına əsla razılaşa bilmərik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB