Bir neçə gün bundan əvvəl "Arsenal"ın ulduz futbolçusu Maruan Şamax, heç vaxt Türkiyədə futbol oynamaq barədə fikirləşmədiyini deyərək, "Qalatasaray"a transfer olmağı barədə məlumatları təəcüblə qarşılamışdı. Siasport.az saytı xəbər verir ki, dünən bu açıqlama ilə çıxış edən ulduz futbolçunun nədən bu fikirdə olmasının sirri də bu gün ortaya çıxıb. Türkiyə mətbuatı yazır ki, "Fənərbaxça"nın keçmiş futbolçusu olan, hazırda isə Mahaçqalanın "Anji" futbol klubunda məşqçi olaraq fəaliyyət göstərən braziliyalı Roberto Karlos, "cim bom" rəhbərliyindən də tez tərpənərək, "Arsenal"ın futbolçusunu hər gün terror və bomba partlayışlarının tüğyan etdiyi Mahaçqalada futbol oynamağa razı sala bilib. Sözsüz ki, "Anji"nin milyarder sahibi Süleyman Kərimovun bulaq suyu kimi tükənməz milyonlarının "xətir hörmətinə". Türkiyə mətbuatının yazdığına görə, M.Şamaxı mətbuat qarşısına çıxaraq "Qalatasaray"da heç vaxt oynamağı fikirləşmədiyi barədə açıqlama verməyə də məhz R.Karlos məcbur edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB