"Barselona"lı futbolçulardan Messiyə dəstək, azarkeşlərə çağırış!

"Barselona"lı futbolçulardan Messiyə dəstək, azarkeşlərə çağırış!
İspaniyanın "Barselona" futbol klubunun futbolçuları, komanda yoldaşları olan argentinalı futbol ulduzu Leonel Messiyə dəstək nümayiş etdiriblər. Siasport.az saytı xəbər verir ki, ötən tur "Nou Kamp"da "Sevilya" ilə qolsuz heç-heçə ilə nəticələnən qarşılaşmada L.Messinin təyin olunan penaltini yerinə yetirə bilməməsi, hələ də ciddi müzakirə mövzusudur. İspaniyalı həmkarlarımızın və "Barselona" azarkeşlərinin argentinalı futbol ulduzunu eninə-boyuna tənqid atəşinə tutduqları bir vaxtda, "Barselona" futbolçuları L.Messinin də futbolçudan əvvəl ilk növbədə bir canlı insan olduğunu, böyük azarkeş təzyiqi altında keçən qarşılaşmada həyəcanlanmasının da təbii olduğunu qeyd edirlər.
David Villya, Xavi Hernandes, Valdes, Pyol kimi futbolçular verdikləri açıqlamalarda L.Messinin "Barselona" üçün olduqca önəmli futbolçu olduğunu, katalon klubunun azarkeşlərindən isə ona dəstək vermələrini xahiş ediblər. Adı çəkilən futbolçular xüsusi ilə azarkeşərə üz tutaraq L.Messiyə və digər futbolçulara qarşı təzyiqləri aradan qaldırmağa və komandada psixoloji durumu gərginləşdirməməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə