Türklər Amitə "3" verdilər
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Siasport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, doğma meydanda "Giresunspor"la qarşılaşmanın iştirakçısı olan "Kayseri Erciyesspor"un üzvü bu dəfə də aşağı qiymət almasıyla diqqət mərkəzinə düşüb.

Türklər Amitin çıxışını 3 balla qiymətləndiriblər. Quluzadə ilə yanaşı Kayseri təmsilçisinin daha 1 üzvü – məhz həmyerlimizin əvəzlədiyi oyunçu da eyni qiymətə layiq görülüb. "Erciyesspor"un ən yaxşısı isə son dəqiqələrdə meydana girib qələbə qolunu vuran Posinkoviç olub - 7 bal. Maraq üçün onu da əlavə edək ki, bəzi mənbələrdə Amitin çıxışını 5 balla da qiymətləndiriblər.

Xatırladaq ki, Amit bu oyuna həmişəkindən fərqli start heyətində yox, 59-cu dəqiqədə çıxıb. Qarşılaşma isə 1:0 hesabı ilə komandasının xeyrinə başa çatıb.

Kayseri Erciyesspor: Ferhat - 5, Fatih Kılıçkaya - 5, Cemil - 5, Serkan - 5 (86 Posinkoviç, 86) - 7, Emrah - 5 (Emrah, 90+1) – qiymətsiz, Kemal - 4, Metin - 3 (Amit Guluzade, 59) - 3, Davut - 5, Hassan Vassva - 5, Hanni - 5, Gökhan – 5.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня