Bonfim 70-ci, Rusiç 1-ci oldu-STATİSTİKA

Bonfim 70-ci, Rusiç 1-ci oldu-STATİSTİKA

Premyer Liqanın X turunun "Bakı" ilə oyunu daha 2 futbolçunun ilk dəfə "Xəzər Lənkəran"da qol vurması ilə əlamətdar olub. Siasport.az saytı xəbər verir ki, Eder Bonfim yeni klubundakı qol hesabını açan 70-ci oldu. Bu sayı yubiley həddinə çatdıran braziliyalı ölkəsinin \"Xəzər Lənkıran\" üçün qol vuran 8-ci təmsilçisi oldu. Belə ki, bu matçadək "Xəzər Lənkəran"ın qollarına imza atan 69 futbolçudan 7-si də braziliyalı idi. Lakin bu göstəricidə rekord başqa ölkəyə məxsusdur. İndiyədək 12 rumıniyalı klubun formasında qol sevinci yaşayıb.

Matçda bərabərlik qolunu vuran Dejan Rusiç isə "Xəzər Lənkəran" tarixinin yeganə sloveniyalısı olduğundan ölkəsindən olan təmsilçilərin ilk qolunu vurdu.

Bununla da \"Xəzər Lənkəran\"da qol vuran oyunçuların ümumi sayı 71-ə çatdı. Bunların da 45-i legionerdir.

Bütün xəbərlər Facebook səhifəmizdə