Oktyabrın 26-da və 27-də Yunanıstanın paytaxtı Afinada UEFA-nın təşkilatçılığı ilə "Media təlimi və mətbuatın gələcək inkişafı" mövzusunda seminar keçiriləcək. Siasport.az saytı xəbər verir ki, seminarda iştirak etmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin Media və Kommunikasiya üzrə mütəxəssisi Aidə Əliyeva Afinaya yollanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB