Azərbaycan Premyer Liqasının daha bir komandasında maliyyə problemi yaranıb. Siasport.az saytı apasport.az saytına istinadən xəbər verir ki, az öncə "Turan"da yaranmış vəziyyət indi də "İnter"də yaşanır.
Belə ki, klub rəhbərliyi artıq 3 aya yaxındır futbolçuların maaşlarını verə bilmir. Bundan başqa, komanda üzvlərinə "Xəzər Lənkəran" və "Neftçi" ilə oyunlarda qazanılan qələbədən sonra vəd edilən mükafat da verilməyib. Bu səbəbdən bəzi futbolçularla komanda rəhbərliyi arasında narazılıq yaranıb. Onlar maaşlarının vaxtlı-vaxtında ödənilməsini tələb edirlər.
Xatırladaq ki, "İnter" rəhbərliyi bəzi portallarda yerləşdirdiyi reklam bannerlərinin də pulunu ödəməkdə çətinliklə üzləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB