Azərbaycan Premyer Liqasındakı çıxışlarında artıq özünə gəlməyə başlayan "Turan" klubu bu dəfə maraqlı addımla çıxış edib. Siasport.az saytı xəbər verir ki, Tovuz təmsilçisi İspaniyanın "Barselona" komandası ilə əməkdaşlığa başalyıb. Klubun prezidenti Musa Süleymanovun təşəbbüsü ilə reallaşan bu əməkdaşlıq çərçivəsində "Barselona" komandasından olan nümayəndə heyəti oktyabrın 29-da Azərbaycana gələrək Tovuza yollanacaq. Burada 2 gün ərzində seleksiya işləri görəcək ispaniyalı məşqçilər 13-16 yaşarası 11 nəfərlik heyət müəyyənləşdirməklə İspaniyaya aparacaqlar. Həmin yeniyetmə futbolçular "Barselona" Futbol Akademiyasında 2 il ərzində futbol biliklərini artıracaqlar. Əldə etdiyimiz məlumata görə, artıq bununla bağlı "Turan" klubu məktubla həmçinin AFFA-ya da müraciət edib ki, əgər oktyabrın 30-u və 31-də olan baxışda digər klublardan da iştirak etmək istəyən futbolçu varsa, onda Tovuza gələ bilər.
Qeyd edək ki, bu işin maliyyə tərəfi "Turan" klubu tərəfindən ödəniləcək. Yəni \"Barselona\"ya yollanacaq 11 nəfərlik heyətin bütün maliyyə xərclərini \"Turan\" futbol klubu ödəyəcək.
Mundial.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB