Kapello, Qətər futboluna kömək et, 35 milyon avro qazan!

Kapello, Qətər futboluna kömək et, 35 milyon avro qazan!

Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello milyonçu olmağa çox yaxındır. Sasport.az saytı xəbər verir ki, buna səbəb italyan futbol mütəxəssisinə Qətərdən gələn fantastik təklifdir. Belə ki, AÇ-2012-nin final mərhələsindən sonra karyerasını baş vuracağını açıqlayan Kapello Qətər futboluna yardımçı olmağa dəvət olunub. Hazırda Qətərin yerli çempionatı olmadığından ölkənin başbilənləri bu sahədə onlara kömək olmaq üçün italiyalı mütəxəssisə 35 milyon avro təklif ediblər. 2022-ci il dünya çempionatının keçiriləcəyi Qətərdə ölkə futbolunun inkişafı üçün Kapello ilə yanaşı, daha bir neçə tanınmış mütəxəssisə dəvət göndəriləcəyi bildirilir

Bütün xəbərlər Facebook səhifəmizdə