"Fənərbaxça" "Beşiktaş"la derbi ərəfəsində daha bir itki ilə üzləşdi!
İstanbulun "Fənərbaxça" futbol klubu, bu həftənin sonunda "İsmət İnönü" stadionunda "Beşiktaş"la keçirəcəyi qarşılaşma ərəfəsində əsas futbolçularından birini itirib. Siasport.az saytı xəbər verir ki, dünən öz meydanında "Samsunspor"la keçirilən qarşılaşmada zədələnərək meydanı tərk edən Dianın, həkimlərin müayinəsindən sonra ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Məlumata əsasən, qara dərili futbolçu yalnız noyabr ayının son on günlüyündə meydanalara qayıda bilər. Bu məqam isə, heç şübhəsiz ki, əzəli rəqiblərindən olan "Beşiktaş"la görüş ərəfəsində rəqib meydanından qələbə ilə ayrılmağı planlaşdıran baş məşqçi Aykut Kocaman üçün ciddi problemlər yaradacaq. Xatırladaq ki, "Fənərbaxça"ya yeni mövsümdə transfer olunan futbolçu, futbol üzrə Türkiyə Superliqasının ötən 7 turunda "sarı lacivərdlilərin" heyətində özünü yaxşı baxımdan göstərə bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB