"Barselona" azarkeşləri: "Messi "Real" üçün oynadı!"

"Barselona" azarkeşləri: "Messi "Real" üçün oynadı!"
İspaniya La Liqasının son turunda öz meydanında "Sevilya" ilə keçirdiyi qarşılaşmada qolsuz heç-heçəyə nail olaraq xal itkisinə məruz qalan "Barselona" klubunda, penalti zərbəsini dəqiq yerinə yetirə bilməyən Leonel Messiyə qarşı azarkeşlərin etirazları kəskin hal alıb. Siasport.az saytı xəbər verir ki, öz Twitter səhifələrində L.Messini penaltini düzgün vura bilməməkdə ittiham edən katalon klubunun azarkeşləri,argentinalı futbol ulduzunun bu qeyri-dəqiq hərəkəti ilə daha çox "Malaqa"nı darmadağın edən və turnir cədvəlinin üst sırasına yüksələn Madrid "Real"ına xidmət etdiyini, necə deyərlər kral klubu üçün oynadığını iddia ediblər. Katalon klubunun azarkeşləri, həmçinin "Sevilya"nın braziliyalı forvardı Frederik Kanutenin də "haqqını artıqlaması ilə" verib, onun katalonlar üçün "arzuolunmaz şəxs" olduğunu diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə