"Yalnız meydanda mücadilə edənlərə şans verəcəm!"

"Yalnız meydanda mücadilə edənlərə şans verəcəm!"
İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terimin, "Antalyaspor"la qarşılaşmada heç cürə özünü yaxşı tərəfdən göstərə bilməyən Milan Baroşa, Ujfaliusa, Elmanderə və Sərcan Yıldırıma bərk qəzəbləndiyi barədə sizə məlumat vermişdik. Siasport.az saytı xəbər verir ki, dünən yenidən komandanı İstanbul klubunun bazasına yığan F.Terim, onlara bütün "Qalatasaray" azarkeşləri qarşısında ciddi məsuliyyət daşıdıqlarını, hər kəsin bu mövsüm "Qalatasaray"dan ciddi nəticələr gözlədiyini deyərək, qarşıdakı hər bir oyunda meydana çıxan bütün futbolçuların əsgər kimi meydanın hər qarışı uğrunda mücadilə aparmalı olacaqlarını bildirib. 57 yaşlı baş məşqçi bildirib ki, yalnız meydanda əzmkarlıq göstərənlər ilk 11-likdə yer tuta biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə