Droqba addım-addım "Qalatasaray"a!

Droqba addım-addım "Qalatasaray"a!
İngiltərənin "Çelsi" futbol klubunda "köhnə qvardiya" ilə yolların ayrılacağı barədə deyilənlər deyəsən getdikcə həqiqətə çevrilir. Siasport.az saytı xəbər verir ki, İngiltərə Premyer Liqasının arxada qalan qarşılaşmalarında komandanın istənilən nəticəni əldə edə bilməməsi, Roman Abromoviçi komandanın heyətində "nəsildəyişmə əməliyyatı"na başlamağa vadar edir. Belə ki, adı hələ may ayından bəri İstanbulun "Qalatasaray" futbol klubu ilə çəkilən "Çelsi"nin Fildişi Sahillərindən olan futbolçusu Didye Droqba, qış transfer dövründə qardaş ölkəyə gələcəyi barədə "yaşıl işıq" yandırıb. Onun mətbuata verdiyi açıqlamalara görə, Türkiyədə çoxlu dostlarının olduğunu deyən D.Droqba, İstanbulda olmaq, bu gözəl şəhəri doyunca gəzmək istədiyini deyərək, Türkiyənin aparıcı klublarından birində forma geyməsinin də mümkünsüz oilmadığını, buna qış transfer dövründə baxa biləcəyini dilə gətirib. Artıq Türkiyə mətbuatı iddia edir ki, D.Droqbanın bu açıqlamalarından cəmi bir həftə öncə "Qalatasaray"ın vitse prezidenti Ali Koçun "Qış transfer dövründə iki ulduz futbolçu transfer edəcəyik" açıqlaması, belə görünür ki, qətiyyən təsadüfi dyilməyib. Yəni "Qalatasaray" rəhbərliyi D.Droqbanın "işini" bitirdiyi üçün belə bir iddialı açıqlama ilə çıxış edib. Türkiyəli həmkarlarımıza görə, A.Koçun bu açıqlamasında nəzərdə tutduğu iki ulduz futbolçudan biri də D.Droqbadır.

Bütün xəbərlər Facebook səhifəmizdə