Fabreqas: " Kanute məni təxribata çəkirdi"

Fabreqas: " Kanute məni təxribata çəkirdi"

İspaniya La Liqasının sonuncu turunda "Sevilya" ilə bərabərə qalaraq iki qızıl kimi xal itkisinə məruz qalan "Barselona"da və İspaniya mətbuatında, hər kəs bu qarşılaşmanın son dəqiqlərində Frederik Kanute ilə Sers Fabreqas arasındakı qarşıdurmanı və Leonel Messinin təyin olunan penaltini dəqiq yerinə yetirə bilməməsini müzakirə edirlər. Siasport.az saytı xəbər verir ki, xüsusi ilə son dəqiqlərdə S.Fabreqasla F.Kanutenin yumruq davasına çıxmaları ispanialı həmkarlarımızın diqqət mərkəzindədir. Həttda "Barselona"ya yaxın olan informasiya orqanları, F.Kanutenin bilərəkdən gərgin salaraq, bir növ Madrid "Real"ının "xəmirinə su tökdüyünü" yazırlar. S.Fabreqas isə katalon radiosuna verdiyi açıqlamada bildirib ki, qarşılaşmada gərginlik yaradacaq heç bir olay baş verməmişdi. Sadəcə nədənsə F.Kanute bilərəkdən ona qarşı təhqiramaz ifadələr işlədərək qarşıdurma yaratmağa çaışırdı. S.Fabreqas deyib ki, F.Kanutenin ona qarşı hərəkətlərindən braziliyalı futbolçunun onu qəsdən təxribata çəkdiyini müəyyənləşdirə bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə