İstanbulun "Fənərbaxça" futbol klubu, dünən öz meydanında "Samsunspor"la keçirdiyi qarşılaşmada vacib 2 xal itirib. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhəngi "Şükrü Saracoğlu"dakı qarşılaşmaya sürətli ötürmələr və hücum futbolu ilə başlasa da, 90 dəqiqə ərzində rəqib qapısına yol tapa bilməyib. Bununla belə, 17 xalla turnir cədvəlinin lideri olaraq qalmaqda davam edən "Fənərbaxça"nı, 14 xalla ikinci yerdə qərarlaşan əzəli rəqibi "Qalatasaray"dan cəmi 3 xal ayırır. Bundan başqa dünənki qarşılaşmalarda "Orduspor" "Ankaragücü"nü, "Kayserispor" "Sivasspor"u, "Gaziantepspor" "Genclerbirligi"ni məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB