"Barselona" "Nou Kamp"da xal itirdi, Fabreqasla Konute yumruqlaşdılar!
Dünən İspaniya La Liqası çərçivəsində "Nou Kamp" stadionunda "Sevilya"nı qəbul edən "Barselona", yeni mövsümdə ilk dəfə olaraq öz meydanında xal itkisinə məruz qalıb. Siasport.az saytı xəbər verir ki, bu qarşılaşmadan əvvəl katalonların əzəli rəqibi olan Madrid "Real"ı "Malaqa"nı 4:0 hesabı ilə darmadağın etdiyindən, "Barselona" futbolçularının bu qarşılaşmanı qazanmaqdan başqa çarələri yox idi. Çünki əks halda "Real" ilə aralarındakı xal fərqi cüzi də olsa artacaqdı. "Barselona"nın qorxduğu başına gəldi.
Çünki "Barselona" öz meydanında "Sevilya"nın müqavimətini qıra bilmədiyindən "Real" zirvədə qərarlaşıb. Qarşılaşmanın uzatma dəqiqləri isə olduqca dramatik keçib. Belə ki, "Sevilya"nın forvardı Frederik Konute ilə Sers Fabreqas arasında yaşanan yumruq davası, birincinin meydandan qovulması ilə nəticələnib. Leonel Messi isə "Sevilya"nın qapısına təyin olunan penalti zərbəsini dəqiqi yerinə yetirə bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB