Fransa Liqasında mübarizə aparan "Lill" futbol klubu Edern Hazardı "Çelsi"yə satacağı təqdirdə bunun əvəzində digər bir futbolçunu transfer etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə "Fraans foootbol" nəşri yazır. Fransız nəşrinə görə "Lill", "Arsenal"ın rusiyalı ulduz futbolçusu Andrey Arşavinə "elşi düşüb". Nəşrin yazdığına inansaq, artıq fransız klubu "topçular"ın razı qala biləcəkləri miqdarda transfer haqqı ilə danışıqlara başlamaq istəyirlər. Onsuz da qış transfer dövründə heyətdəki bir sıra futbolçular kimi. A. Arşavinlə də yolları ayırmaq istəyən "Arsenal"ın bu təklifə "hə" deyəcəyi şübhəsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB