Bakıda MDB və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələrinin rəhbərlərinin XIV regional forumu keçirilir. Siasport.az saytı xəbər verir ki, forum iştirakçıları AFFA Futbol Mərkəzindəki \"Dalğa Arena\"da olublar. Baş katib Elxan Məmmədov AFFA Futbol Mərkəzi barədə ətraflı məlumat verib və bildirib ki, \"Dalğa Arena\" 2012-ci ildə Azərbaycanda təşkil olunacaq FİFA U-17 qadınlararası dünya çempionatının oyunlarının keçiriləcəyi stadionlardan biridir.
Sonda qonaqlara FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB