Quaresma "Beşiktaş"lılara söz verdi...

Quaresma "Beşiktaş"lılara söz verdi...

İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı kapitanı Rikardo Quaresma iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbolçu UEFA Avropa Liqasının qrup mərhələsində bir neçə gün bundan əvvəl Kiyev "Dinamo"su ilə qarşılaşmada məğlub olduqlarını təəssüflə dilə gətirərək bildirib ki, bu məğlubiyyətə baxmayaraq qarşıdakı 3 oyunda qələbə qazanaraq 9 xalla qrupdan çıxmağa çalışacaqlar. Quarsema,eyni zamanda bütün futbolçuların bundan sonra ancaq və ancaq "Beşiktaş"ın adına yaraşan şəkildə mücadilə edəcəklərini də açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə