"Qalatasaray" səfərdə xal itirdi, Fatih Terim hakimi "topa tutdu!"
Dünən futbol üzrə Türkiyə Superliqasının 7-ci turu çərçivəsində səfərdə "Antalyaspor"la qarşılaşan İstanbulun "Qalatasaray" futbol klubu, qarşılaşmanın sonunda cəmi bir xalla meydandan ayrılıb. Siasport.az saytı xəbər verir ki, Fatih Terimin yetirmələri bir cox məqamlarda meydan sahiblərinə təhlükəli məqamlar yaşatsalar da, sonda qarşılaşma bərabərliklə yekunlaşıb. "İmperator" oyunun hakimi olan Yunus Yıldırımın idarəçiliyini "topa tutub". Oyunun bir çox məqamlarında ədalət təmsilçisinin "Qalatasaray"ın əleyhinə qərarlar qəbul etməsi, həttda bir epizodda Milan Baroşa qapıçı meydançasında edilən kobudluqa hakimin göz yumması, 57 yaşlı baş məşqçini özündən çıxarıb. İndi "Cim bom" turnir cədvəlindəli 2-ci sıradakı yerini qorumaq üçün rəqiblərinin xal itirməsinə ümid etməli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB