Sergey Yuran: "Artıq özüm də yorulmuşam"-AÇIQLAMA

Sergey Yuran: "Artıq özüm də yorulmuşam"-AÇIQLAMA

"Artıq özüm də yorulmuşam, oyun boyu qol imkanlarından istifadə edə bilmirik". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Simurq" klubunun baş məşqçisi Sergey Yuran "Qarabağ" klubu ilə oyun barədə deyib. O, "Xəzər Lənkəran"la oyunda da belə olduğunu qeyd edib: "Bu günkü qarşılaşmada cinah müdafiəçisinin səhvindən qapımızda qol gördük. Lakin, buna baxmayaraq, son dəqiqələrə qədər oynadıq. Təəssüf ki, qol imkanından istifadə edə bilmədik. Komandanın oyunundan ümumilikdə razı qaldım. Qışda komandaya yeni hücumçunun transfer olunması klubun maddi durumundan asılı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə