“Bakı” - “Xəzər Lənkəran” matçında 4 qol vuruldu

“Bakı” - “Xəzər Lənkəran” matçında 4 qol vuruldu

Bu gün Azərbaycan Premyer Liqasında X turun ilk oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, "Bakı "klubu "Xəzər lənkəran" komandası ilə qarşılaşıb. "Bakı" klubunun təlim-məşq bazasında keçirilən matçda bərabərlik qeydə qalıb. Oyunda qapılara 4 qol vurulub. "Bakı" klubundan 62 və 64 dəqiqələrdə Uinston Parks, "Xəzər Lənkəran"dan isə 25-ci dəqiqədə Eder Bonfim və 77-ci dəqiqədə Dejan Rusiç fərqlənib.

Oyunun baş hakimi Fariz Yusifov 2 dəfə qırmızı kart göstərib. O, "Bakı"dan Cəmşid Məhərrəmovu, qonaq komandadan isə Alim Qurbanovu oyundan qovub.

Bütün xəbərlər Facebook səhifəmizdə