Kriştiano Ronaldu növbəti dəfə \"Barselona\"nın \"bostanına daş atdı\"

Kriştiano Ronaldu növbəti dəfə \"Barselona\"nın \"bostanına daş atdı\"
İspaniyanın \"Real\" futbol klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldu dünyanın ən yaxşı futbolçularının kral klubunda olduğunu deməklə, növbəti dəfə əzəli rəqibləri olan \"Barselona\"nın \"bostanına daş atıb\". Siasport.az saytı xəbər verir ki. kral klubunun rəsmi saytına açıqlama verən portuqaliyalı futbolçu bildirib ki, \"Real\" kimi komandada çıxış edən futbolçu, koryera və gələcək baxımından ancaq qazana bilər, nəinki itirər: \"Dünyanın ən yaxşı futbolçuları \"Real\"da cəmləşib. Təbii ki, bu da məni məmnun edir. Hər keçən gün artırıram. Belə komandada çıxış edən futbolçu daha çox qazanır, nəinki itirir. İstedadlı futbolçu ola bilərsən. Ancaq əsas odur ki, bu bacarığından maksimum istifadə edəsən. Meydana çıxdığım hər zaman özümü sübut etməyə çalışıram. Nə qədər təcrübəli futbolçu olsam da, hələ də öyrənəcəyim çox şeylər var\".

Bütün xəbərlər Facebook səhifəmizdə