Dünən UEFA Avropa Liqasında Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzan İstanbulun "Beşiktaş" futbol klubunda gərginlik pik həddinə çatıb. Siasport.az saytı xəbər verir ki, dünənki qarşılaşmadan sonra futbolçularla baş məşqçi Karlos Karvahal arasında qarşıdurma yaranıb. Futbolçuları məsuliyyətsizlikdə ittiham edən baş məşqçiyə qarşı elə portuqaliyalı futbolçular Simao Sambroza və Quaresma baş qaldırıblar. Türkiyə mətbuatı yazır ki, hər iki futbolçu baş məşqçini futbolçuları düzgün mövqedə oynatmamaqda və komandanın kapitanı olan Quaresmanı qarşılaşmaya cəmi 10 dəqiqə qalmış oyundan çıxararaq komandanın oyun sistemini pozmaqda suçlayıblar. Məlumata əsasən, yalnız "Beşiktaş" rəhbərliyinin müdaxiləsindən sonra futbolçularla baş məşqçi arasındakı qarşıdurmanı aradan qaldırmaq mümkün olub. "Valeri Labonovski" stadionunun geyinib-soyunma otağında baş verən bu insidentdən Ukraynanın idman nəşrləri də xəbər tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB