Xəbər verdiyimiz kimi, noyabrın 8-13-də Bakıda qadın voleybolçular arasında Avropa olimpiya təsnifat turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, turnirdə Azərbaycan yığması ilə yanaşı, Bolqarıstan, Çexiya, Ukrayna, Danimarka və Macarıstan komandaları da mübarizə aparacaqlar.
Turnirdə mübarizə aparacaq millimizin heyəti açıqlanıb. Heyətdə Dərya Zamanova, Kseniya Kovalenko, Oksana Parxomenko, Odina Əliyeva, Yelena Parxomenko, Natavan Qasımova, Natalya Məmmədova, Oksana Məmmədyarova, Valeriya Korotenko, Aynur Kərimova, Oksana Kiselyova və Polina Rəhimova yer alıb.
Qeyd edək ki, 6 yığmanın iştirakı ilə keçiriləcək yarışda yalnız bir komanda növbəti mərhələyə adlayacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB