İngiltərənin "Çelsi" futbol klubunun ispaniyalı forvardı Fernando Torres, nəhayət ki, "zadəganların" heyətində qol vurmağın yolunu tapa bildi. Siasport.az saytı xəbər verir ki, London klubu, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən son qarşılaşmada Belçika "Genk"inin qapısına iki dəfə yol tapan F.Torresə, oyundan sonra bütün komanda yoldaşları və baş məşqçi Andres Boaş da dəstək olaraq onu təbrik ediblər. İngilis mətbuatı yazır ki, keçən mövsüm digər bir ingilis klubu olan "Liverpul"dan 50 milyon avroya transfer olunan F.Torresi, "Çelsi"nin rusiyalı milyarder sahibi Roman Abromoviç də təbrik edib. "The Sun" yazır ki, R.Abromoviç klubun bazasında ispaniyalı futbol ulduzu ilə görüşərək, onun "Çelsi" üçün vacib futbolçu olduğunu, komanda rəhbərliyinin və azarkeşlərin qarşıdakı oyunlarda da ondan gözəl futbol gözlədiklərini diqqətə çatdırıb. R.Abromoviç, xüsusi ilə F.Torresin əvvəlki formasına qayıtmaq üçün əla şans əldə etməsini də vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB