"Xəzər Lənkəran" komandası bir günlük istirahətdən sonra növbəti turun hazırlıqlarına başalyıb. Siasport.az saytı xəbər verir ki, cənub təmsilçisinin çalışdırıcısı Mirça Rednik "Bakı" ilə oyundan öncə mundial.az-a müsahibə verib.
- "Xəzər-Lənkəran" "Simurq" üzərində qalibiyyətdən sonra "Bakı" ilə oyunda da qələbəyə ümid edirmi?
- "Xəzər-Lənkəran" həmişə qələbəyə oynayıb. Bu belə olub və bundan sonra da belə olacaq.
- "Bakı" ilə oyunlar "Xəzər-Lənkəran" üçün həmişə çətin keçir. Bu qarşılaşma da səfərdə olacaq. Çətin olamayacaq ki?
- Çətin olsa da, olmasa da, oynamalıyıq. Çünki biz hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşmışıq və biz bu iddiamızı davam etdirməliyik. "Bakı" da yaxşı komandadır. Heyətində güclü futbolçular var. İnanıram ki, gərgin və maraqlı oyunun şahidi olacağıq.
- Komandada əhval-ruhiyyə hansı səviyyədədir?
- Hər şey normaldır. Bir az millidə çıxış edən futbolçularda yorqunluq var idi, artıq o da aradan qalxıb.
- Niyə Premyer Liqada çıxış edən bütün komandalar "Xəzər-Lənkəran"a qarşı iddialı oynayır?
- Əslində bu normal haldır. Çünki iddialı komandaya qarşı həmişə belə oynayırlar. İspaniyada hər kəs istəyir ki, "Barselona" klubu üzərində qələbə qazansın və bunun üçün əzmkar oynayır. Azərbaycan Premyer Liqasında da autsayder komandadan tutmuş "Neftçi" klubunadək hər kəs "Xəzər Lənkəran"la oyunda ciddi mübarizə aparır. "Xəzər-Lənkəran" isə hər komandaya qarşı yaxşı çıxış edir. "Neftçi"yə qarşı isə fərqli hazırlaşır.
- "Bakı" ilə bu dəfəki oyun sizin üçün də əlamətdar olacaq. Özü də 50-ci yubiley görüşünə çıxırsınız. Bu amil ruh yüksəkliyi verirmi?
- Əlbəttə, bunun özü də yaxşı amildir. İnanıram ki, futbolçularımla qələbə qazana bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB