Pelin Çelik "Rabitə" komandasından ayrılıb

Pelin Çelik "Rabitə" komandasından ayrılıb
Türkiyəli voleybolçu Pelin Çelik Bakının "Rabitə" komandasından ayrılıb. Siasport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempiounu ilə Dohada keçirilən dünya çempionatında qızıl medallara sahib olan Türkiyə millisinin sabiq voleybolçusu ölkəmizdən ayrılıb.

Buna səbəb onun paytaxt klubu ilə razılaşmasının başa çatmasıdır. Belə ki, avqustda "Rabitə" ilə 2 aylıq anlaşan voleybolçunun müqaviləsinin müddəti bitib.

Qeyd edək ki, Pelin Çelik Ankaraya azad agent kimi gedəcək. Onun yenidən Azərbaycanın digər klublarında forma geyinməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com