Azərbaycan idmançısı dünya çempionu oldu

Azərbaycan idmançısı dünya çempionu oldu
Malaziyanin Melaka şəhərində gənclər və yeniyetmələr arasında karate üzrə 7-ci dünya çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, bu yarışda Azərbaycan milli yığma komandası da iştirak edib. Yarışda 18-20 yaş kateqoriyasında Ayxan Mamayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb. Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olan Mamayev 78 kq çəki dərəcəsində mübarizə aparıb. Məşqçi Şahin Xudaverdiyevin yetirməsi bu mundialda 6 döyüş keçirib və 51 idmançı arasında ən güclü olub.

Qeyd edək ki, gənclər və yeniyetmələr arasında 7-ci dünya çempionatında 81 ölkədən 1215 karateçi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə