“Futbolda komanda işi” üzrə təlim

“Futbolda komanda işi” üzrə təlim

FIFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsinin PR, media və kommunikasiya üzrə departamentinin işçiləri Bakı Avropa liseyində "Futbolda komanda işi" mövzusu üzrə təlim keçiriblər. Siasport.az saytı xəbər verir ki, təlimin əsas məqsədi lisey şagirdlərinə 2012-ci ildə sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı haqqda ətraflı məlumat vermək və futbolda komanda işinin xüsusiyyətlərindən danışmaq olub.

Dünya çempionatının rəsmi maskotu (talisman) da şagirdlərlə görüşdə iştirak edib.

Xatırladaq ki, 2012-ci il sentyabrın 22-dən oktyabr 13-dək Azərbaycanda FIFA U-17 Qadınlararası Dünya Çempionatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə