Mixail Çiqorinin memorialında Vüqar Rəsulov liderlərdən 1 xal geri qalır

Mixail Çiqorinin memorialında Vüqar Rəsulov liderlərdən 1 xal geri qalır
Sankt-Peterburqda Rusiya şahmat məktəbinin banisi Mixail Çiqorinin memorialı davam edir. Siasport.az saytı xəbər verir ki, İsveçrə sistemi ilə 9 turda keçirilən klassik şahmat yarışlarında 15 ölkədən 254 şahmatçı, o cümlədən 56 qrossmeyster iştirak edir.
Altı turdan sonra Rusiya təmsilçiləri Danil Linçevski və Pavel Smirnov hərəyə 5,5 xal toplayıblar. Səkkiz iştirakçı onlardan yarım xal, 22 şahmatçı, o cümlədən Azərbaycan qrossmeysteri Vüqar Rəsulov bir xal geri qalır.
Azərbaycanın digər təmsilçisi Loğman Quliyevin aktivində 3 xal var.
Püşkatmanın nəticələrinə görə, yeddinci turda şahmatçılarımız rusiyalı rəqiblərlə qarşılaşacaqlar. Vüqar Rəsulov (2523) ağ fiqurlarla Denis Xismatulin (2635), Loğman Quliyev (2447) qara fiqurlarla Nikita Kalininlə (2102) ilə qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə