Polşada və Ukraynada keçiriləcək Avro-2012-in final mərhələsinin oyunlarında tütün məhsullarının istifadəsi, satışı və reklamı qadağan olunub. Siasport.az saytı xəbər verir ki, bu barədə UEFA qərar verib. Bu qərar stadionların bütün ərazilərinə aid edilib. Belə ki, nəinki, arenaların qapalı yerlərində, hətta açıq ərazilərdə də siqaret çəkmək, satmaq və reklam etmək qadağan olunub.
UEFA-nın prezidenti Mişel Platini açıqlama verərək qeyd edib ki, bu qərar bütün azarkeşlərin sağlamlığına və iştirakçılara hörmət əlamətidir. O, tütünün sağlamlıq, təhlükəsizlik və rahatlıq qaydalarına uyğun gəlməməsini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB