İngiltərə Premyer Liqasında düçar olduğu mövcud böhrandan hələ də çıxa bilməyən London "Arsenal"ı, bundan tam fərqli olaraq UEFA Çempionlar Liqasında yoluna uğurla davam edir. Siasport.az saytı xəbər verir ki, "topçular" F qrupundakı son qarşılaşmada Fransa "Marsel"ini 1:0 hesabı ilə məğlub edərək qrup liderliyini daha da möhkəmləndiriblər. Baş məşqçi Arsen Venger isə dünənki qarşılaşmadan sonra jurnalistlərə bildirib ki, onun komandasının Premyer Liqadan fərqli olaraq UEFA Çempionlar Liqasında əla çıxış etməsi onu həm sevindirir, həm də yaxşı mənada təəcübləndirir. O, xüsusi ilə meydana buraxdığı gənc futbolçuların göstərdikləri futbol texnikasından da razı qaldığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB