Rəşad Abdullayev: \"Heç vaxt milli komandadan imtina etməmişəm\"-AÇIQLAMA
\"Neftçi\" PFK-nın futbolçusu Rəşad Abdullayev klubun rəsmi saytına açıqlama verib. Siasport.az saytı xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu ilin avqust ayında Azərbaycan milli komandasına dəvət olunması ilə bağlı fikirlərini bildirib: \"Məşqə dəvət aldım. Təyin olunmuş vaxtda yığmanın düşərgəsinə yollandım. Lakin heç vaxt milli komandadan imtina etməmişəm. Bir müddət əvvəl Berti Foqtsa zədəli olduğumu deyərək, həmin toplanışdan azad olunmağımı xahiş etdim. Bütün bunlardan təbii ki, AFFA və \"Neftçi\" rəhbərliyinin də xəbəri oldu. Yenə deyirəm, mən heç vaxt milli komandadan imtina etməmişəm. Yığmada oynamaq hər bir futbolçunun arzusudur. Həmişə millidə oynamağa hazıram. Bu, mənim üçün böyük şərəfdir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB