İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı baş məşqçisi Karlos Karvalhal, dünən Kiyevdəki "Valeri Lobonovski" stadionunda keçirdiyi mətbuat konfransında, təkcə UEFA Avropa Liqasında bu gün axşam oynayacaqları "Beşiktaş"-"Dinamo" qarşılaşması barədə danışmayıb. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı futbol mütəxəssisi, "PKK" terror təşkilatı tərəfindən həyata keşirilən basqın zamanı 21 türk əsğərinin şəhid olmasından kədərləndiyini deyərək, bütün türk xalqına və şəhid olan gənclərin yaxınlarına başsağlığı verib. Portuqaliyalı futbol mütəxəssisi terroru lənətlədiyini deyərək, hər kəsin sülh və hüzur içində yaşama haqıının olduğunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB