Türkiyə millisi Xorvatiya yığmasını "Türk Telekom Arena"da sınağa çəkəcək!

Türkiyə millisi Xorvatiya yığmasını "Türk Telekom Arena"da sınağa çəkəcək!

Futbol üzrə Türkiyə millisinin Xorvatiya yığması ilə AÇ-2012-nin final mərhələsi çərçivəsində keçirəcəyi pleyy-off qarşılaşmasının yeri məlum olub. Siasport.az saytı xəbər verir ki, "ay ulduzlular", onlardan qisas almaq üçün alışıb yanan xorvatiyalı həmkarlarını, noyabrın 11-də Bakı vaxtı ilə saat 23:05-də "Türk Telekom Arena"da qəbul edəcəklər. Futbol üzrə Türkiyə millisi üçün olduqca prinsipial əhəmiyyət daşıyan bu qarşılaşmanın nəticəsindən asılı olaraq "ay ulduzlular"ın gələn il Polşada və Ukraynada keçiriləcək Avro-2012-yə qatılıb-qatılmayacaqları məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə